Dəhşətli qəza: ölənlər var -  Təcili tibbi yardım maşınları hadisə yerində...
    • Bu gün, 11:26
    • 1 184

Dəhşətli qəza: ölənlər var - Təcili tibbi yardım maşınları hadisə yerində...

Nepalda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, “The Kathmandu Post” qəzetinin məlumatına görə, içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən sürüşərək Tribhuvan beynəlxalq hava limanında qəzaya uğrayıb.

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Jha verdiyi açıqlamada Saurya aviaşirkətinə məxsus təyyarədə olan 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.

“The Kathmandu Post”a danışan hadisə şahidləri bildiriblər ki, təyyarə uçuş-enmə zolağının cənub hissəsindən havaya qalxıb və qanadının ucu yerə dəyən zaman qəfil aşıb.

Məryəm İlhamqızı