Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim - Sabiq Müdafiə Nazirindən ETİRAF
    • Bu gün, 12:33
    • 2 379

Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim - Sabiq Müdafiə Nazirindən ETİRAF

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.

O, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:

İddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.

Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.