Xarkovda partlayışlar baş verdi
    • Bu gün, 13:51
    • 59

Xarkovda partlayışlar baş verdi

Xarkovda partlayışlar baş verib. 

News24.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov öz Telegram kanalında məlumat verib.

“Xarkovda güclü partlayış səsləri eşidildi. Ehtiyatlı olun”, - deyə yazıb.

Onun sözlərinə görə, infrastruktur obyekti raketlərlə hücuma məruz qalıb, bundan sonra güclü yanğın başlayıb.

Tələfat və dağıntılara gəlincə, məlumat dəqiqləşdirilir”, - Terexov əlavə edib.

Bundan əlavə “Strana.ua” nəşri Ukraynanın Odessa vilayətinin İzmail şəhərində də neft bazasında partlayış baş verdiyini yazıb.

Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Ukraynanın cənubundakı Odessa vilayətinin İzmail rayonunda partlayışlar nəticəsində liman infrastrukturu zədələnib.

Xatırladaq ki, Rusiya ordusu Ukrayna infrastrukturunu 2022-ci ilin oktyabrında, Krım körpüsünün partlayışından sonra hədəfə almağa başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı müntəzəm olaraq elan edilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar enerji sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə sahələrindəki hədəflərə edilir.

Məryəm İlhamqızı