Miqrantlarla sakinlər arasında KÜTLƏVİ DAVA
    • Bu gün, 14:58
    • 44

Miqrantlarla sakinlər arasında KÜTLƏVİ DAVA

Tatarıstanda miqrantlar Naberejnıye Çelnı şəhərinin sakinləri ilə kütləvi dava ediblər.

News24.az xəbər verir ki, hadisə haqqında məlumatı “Tin of Kazan” Telegram kanalı yayıb.

Görüntülərdə bir neçə insanın yaşayış binasının həyətində dava etdiyi görünüb. Döyüş tez bir zamanda ayrı-ayrı epizodlara bölünüb, onlardan birində bir neçə nəfər yüksək qışqırıqlar arasında qaçanları təqib edib.

İstintaq Komitəsi artıq hadisəyə münasibət bildirib. Əcnəbilərin iştirakı ilə baş verən kütləvi dava ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Şöbənin rəisi Aleksandr Bastrıkin hadisənin baş vermə şəraiti ilə bağlı hesabat tələb edib.

Məryəm İlhamqızı