-
- 24-07-2024, 15:02
- 331
Bayram Orucova yüksək vəzifə verildi
Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.
News24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yeni işə keçməsi ilə əlaqədar Kollegiyanın Baş katibi vəzifəsindən ayrılıb.
B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.
Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının Baş katibi (aparat rəhbəri) vəzifəsində çalışırdı.