"Ürəyimin gözəlliyi üzümə vurub"
    • Bu gün, 13:24
    • 49

"Ürəyimin gözəlliyi üzümə vurub"

"Ürəyimin gözəlliyi üzümə vurub. Allah böyük rəssamdır. Özü bilir nəyi hara qoymaq lazımdır. 80 yaşımda da bu sifətdə olacağam. İlhamə Quliyeva gözəlliklə getdi. Mən də elə olacağam".

News24.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Həmin Zaur" proqramında deyib. Qarmon ifaçısı plastik əməliyyat etdirmədiyini bildirib. 

Ailəsindən danışan musiqiçi "Bir dəfə ailə qurdum bəsdir. İkinci olmadı. 3 övladım, 5 nəvəm var" sözlərini əlavə edib.