"Galatasaray" braziliyalı futbolçu ilə YOLLARINI AYIRIR?
    • Bu gün, 20:10
    • 62

"Galatasaray" braziliyalı futbolçu ilə YOLLARINI AYIRIR?

Yeni mövsüm öncəsi heyət planlaşdırma işlərinə davam edən "Qalatasaray", futbolçularına edilən təklifləri dəyərləndirib.

News24.az xəbər verir ki, Yunan mətbuatı "Sarı-qırmızılılar"ın braziliyalı futbolçusu Tete ilə bağlı  flaş iddia irəli sürüb.

Xəbərə görə "Qalatasaray" və "Panatinaikos" Tetenin transferi üçün anlaşıb.

Hətta braziliyalı futbolçunun yaxın günlərdə Afinaya gedərək sağlamlıq müayinəsindən keçəcəyi gözlənilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsümün əvvəlində transfer olunduğu "Qalatasaray"da ümumilikdə 45 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məryəm İlhamqızı