Səyahət edənlərin nəzərinə! - Bu infeksiyalara yoluxa bilərsiz...
    • 25-07-2024, 20:38
    • 228

Səyahət edənlərin nəzərinə! - Bu infeksiyalara yoluxa bilərsiz...

Mütəxəssislər isti yay günlərində səyahətə çıxan insanlara infeksiya ilə bağlı xəbərdarlıq edirlər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, türkiyəli mütəxəssis yoluxucu xəstəliklər və mikrobiologiya mütəxəssisi Mehmet Parlak səyahət zamanı yoluxucu xəstəliklərdən malyariya, sarı qızdırma, vərəm, qripə qarşı diqqətli olmağın vacib olduğunu vurğulayıb.

"Səfərə başlamazdan əvvəl lazımi peyvəndlər vurulmalıdır. Səyahət etməzdən öncə şəxs səhhəti ilə bağlı vəziyyəti barədə detallı öyrənməlidir. Xəstəliklər haqqında lazımlı tədbirləri görərək çantanızı buna görə hazırlamağınız ağıllı başlanğıc olar".

Parlak səyahət zamanı keçə biləcək yoluxucu xəstəlikləri belə sadalayıb: “Su və qida yolu ilə keçə bilən malyariya, sarı qızdırma, ağcaqanadlar vasitəsilə keçən Lyme, rikketsiya infeksiyası, gənə, tetanoz, yaxın təmasla keçə bilən vərəm, qrip yoluxucu xəstəliklərdəndir. Səyahət zamanı yoluxan xəstəliklərin simptomları müvafiq ərazidə olarkən və ya evə qayıtdıqdan sonra ortaya çıxa bilər. Ən əhəmiyyətli əlamət qızdırmadır".