Baydendən ilk açıqlama
    • 25-07-2024, 11:50
    • 171

Baydendən ilk açıqlama

Prezidentlik yarışından geri çəkildikdən sonra ilk dəfə ictimaiyyətə müraciət edən ABŞ prezidenti Co Bayden niyə onun yerinə vitse-prezident Kamala Harrisi tövsiyə etdiyini açıqlayıb: "Qərar gəldim ki, ən yaxşısı yol bayrağı yeni nəslə ötürməkdir. Bu, millətimizi birləşdirməyin ən yaxşı yoludur”. 

News24.az xəbər verir ki,  iyulun 21-i bazar günü ABŞ prezidenti Bayden noyabrın 5-də keçiriləcək prezidentlik yarışından geri çəkilməsi ilə bağlı ilk dəfə Ağ Evdə kameralar qarşısına keçib və qərarının səbəblərini açıqlayıb.

Ölkəsini sevdiyini, ölkəsinə xidmət etdiyini və prezidentliyi ilə çox qürur duyduğunu vurğulayan Bayden, demokratiyanın müdafiə olunması lazım olan bir dövrdə olduqlarını və verdiyi qərarın bu çərçivədə qiymətləndirilməsi lazım olduğunu bildirib.

Yarışdan geri çəkilmə qərarının Respublikaçı namizəd Donald Trampa qarşı seçkilərdə qalib gəlmək üçün alındığını bildirən Bayden aşağıdakı ifadələrdən istifadə etdi:

"İnanıram ki, prezident kimi gördüklərim, dünyadakı liderliyim, Amerikanın gələcəyinə baxışım ikinci müddətə davam etmək üçün kifayət edəcək. Amma heç bir şey demokratiyamızı, hətta şəxsi istəklərimizi xilas edə bilməz. Ona görə də biz qərara gəldik ki, irəliyə doğru ən yaxşı yol estafeti yeni nəslə ötürməkdir. Bu, millətimizi birləşdirməyin ən yaxşı yoludur”.

Günel Məlikzadə