Avstraliyada DƏHŞƏT! 2 HELİKOPTER TOQQUŞDU, ÖLƏNLƏR VAR
    • 25-07-2024, 12:56
    • 188

Avstraliyada DƏHŞƏT! 2 HELİKOPTER TOQQUŞDU, ÖLƏNLƏR VAR

Avstraliya polisindən verilən açıqlamaya görə, Qərbi Avstraliya əyalətinin Camballin qəsəbəsindəki Mount Anderson Stansiyası yaxınlığında heyvan fermalarında istifadə edilən iki "Robinson R22" tipli helikopter havada toqquşub.

News24.az xəbər verir ki, sərnişinləri olmayan helikopterlərdə olan iki pilot qəza zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Polis baş verən qəzanın iki helikopterin mal-qara toplamaq üçün havaya qalxması və havaya qalxdıqdan dərhal sonra havada toqquşması nəticəsində baş verdiyini bildirib.

Məryəm İlhamqızı