-
- 25-07-2024, 14:53
- 419
İdmanın ürəyi Parisdə döyünəcək
Dünyanın ən böyük idman təşkilatı olan 33-cü Olimpiya Oyunları sabah başlayacaq.
News24.az xəbər verir ki, Fransanın paytaxtı Parisin ev sahibliyi edəcəyi 2024-cü il Olimpiya Oyunlarının açılışı Sena çayı üzərində olacaq.
Ümumilikdə 204 ölkədən 10500 idmançının mübarizə aparacağı oyunların açılış mərasimi saat 20.30-da (GMT+3) başlayacaq.
Fransız rejissor və aktyor Thomas Jollynin bədii rəhbər olacağı mərasimdə idmançı qruplarını aşıyacaq qayıqlar Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox məsafəni qət edərək Eyfelin olduğu nöqtəyə qədər yürüş edəcək.
Parad marşrutu mədəni təqdimatlar və Parisin görməli yerlərinin mənzərələrini təqdim edəcək.
Qeyd edək ki, Olimpiya oyunları tarixində ilk dəfə ənənəvi stadiondan kənarda keçiriləcək açılış mərasiminə təxminən 300 min insanın qatılacağı gözlənilir.
Açılış mərasimində dünya siyasət, idman və incəsənət ictimaiyyətindən çoxlu qonaqlar iştirak edəcək.
Günel Məlikzadə