Diş iltihabı ölümünə səbəb olacaqdı
    • 25-07-2024, 21:50
    • 220

Diş iltihabı ölümünə səbəb olacaqdı

Dibekli kəndində yaşayan 23 yaşlı Qamze Kılıçerin dişlərində və başında şiddətli ağrılar və üzündə şişkinlik yarandığı üçün ailəsi tərəfindən rayon səhiyyə müəssisəsinə aparılıb.

News24.az xəbər verir ki, həyatı təhlükədə olduğu üçün Van Yüzüncü Yıl Universiteti (YYÜ) Dursun Odabaş Tibb Mərkəzinə göndərilib. Müayinələr zamanı döş qəfəsində dişlərin iltihabı ilə bağlı infeksiya olduğu müəyyən edilib. Əməliyyata alınan gənc xəstə 3 saat davam edən əməliyyatla həyata dönüb.

Prof. Dr. Fuat Sayır, "Ölümcül nəticələrə səbəb ola biləcəyi üçün bunu "diş absesi" olaraq görməməzlikdən gəlməmək üçün çox diqqətli olmalıyıq. Diş infeksiyası sinə boşluğunda mediastinit deyilən strukturlara nüfuz edərək çox ciddi və ağır vəziyyətlərə səbəb ola bilər".

Xəstəyə tez müdaxilə etdiklərini izah edən Sayır:

"Tomoqrafiya və qan analizləri göstərdi ki, dişlərin iltihabı nəticəsində mediastinitdə (sinə boşluğunda) infeksiya var, düşündüyümüz kimi. Xəstəni dərhal əməliyyata apardıq. Mediastinit zamanı xəstəyə tez müdaxilə etmək lazımdır. 24-48 saat ərzində infeksiyanın evakuasiya edilməsi lazımdır. Cərrahiyyə əməliyyatı ilə bunu etdik".

Günel Məlikzadə