Oropos qızdırmasının İLK MƏLUM QURBANLARI
    • Bu gün, 10:24
    • 72

Oropos qızdırmasının İLK MƏLUM QURBANLARI

Braziliyada iki qız dünyada Oropos qızdırmasının ilk məlum qurbanları olub. 

News24.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, bu gün dünya elmi ədəbiyyatında bu xəstəlikdən ölüm halları barədə məlumat yoxdur, lakin Oropos qızdırmasından şübhəli ölüm halı hazırda cənubdakı Santa Catarina əyalətində araşdırılır.

Bu qızdırma tropik virus infeksiyasıdır. O, virusun ilk dəfə aşkar edildiyi və təcrid olunduğu Oropos çayına görə belə adlandırılıb. 

Qeyd edək ki, bu virus Braziliyada 1960-cı ildə aşkar edilib. 2024-cü ildə isə Braziliyanın 20 ştatında 7,2 mindən çox Oropos qızdırması halı qeydə alınıb. Onların əksəriyyəti Amazonas və Rondoniya əyalətlərində olub.

Məryəm İlhamqızı