HƏMAS lideri İsrail həbsxanasında dünyasını dəyişdi
    • Bu gün, 11:46
    • 90

HƏMAS lideri İsrail həbsxanasında dünyasını dəyişdi

Fələstin Məhbuslar Komissiyası İordan çayının qərb sahilində HƏMAS liderinin İsrail nəzarətində öldüyünü açıqlayıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada 63 yaşlı Mustafa Məhəmməd Əbu Aranın İsrailin cənubundakı Ramon həbsxanasından xəstəxanaya yerləşdirilərkən öldüyü bildirilib.

"Həbs olunmazdan əvvəl onun səhhətində ciddi problemlər var idi və intensiv tibbi nəzarətə ehtiyacı var idi. Lakin həbs olunduğu andan bütün məhbuslar kimi Şeyx Əbu Ara da məhvetmə müharibəsi başlayandan indiyədək görünməmiş cinayətlərlə üzləşdi", - deyə məlumatda bildirilir. 

Fələstin təşkilatı ötən ilin oktyabrında həbs edilən Əbu Aranın işgəncələrə məruz qaldığını və müalicədən məhrum edildiyini bildirib.


Günel Məlikzadə