Qaxa leysan yağıb -  Kürmükçaydan sel keçir
    • Bu gün, 14:51
    • 66

Qaxa leysan yağıb - Kürmükçaydan sel keçir

İyulun 26-sı saat 14:00-a olan məlumatına əsasən Qax rayonuna yağan leysan xarakterli yağıntılar nəticəsində hazırda rayon ərazisindən axan Kürmükçaydan sel keçir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.