"Qalatasaray"ın Baş Məşqçisindən Barış Alper SÖZLƏRİ...
    • Bu gün, 17:21
    • 71

"Qalatasaray"ın Baş Məşqçisindən Barış Alper SÖZLƏRİ...

Ötən mövsüm AVRO-2024-də "Qalatasaray"dakı uğurlu çıxışını taclandıran Barış Alper Yılmazın adı Avropanın önəmli klubları tərəfindən hallandırılıb.

News24.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk, Barış Alper Yılmazı komandada saxlamaq istədiklərini bildirib.

Okan Burukun Barış Alper Yılmaz haqqında dediklərini təqdim edirik:

"Barışla davam etmək istəyirik. Onun bu ili burada keçirməsi bizim üçün önəmlidir. Fiziki cəhətdən Barışın üstünlükləri var. Mental olaraq daha güclüdür, özünə inam baxımından daha güclüdür.

Burada onun mövqeyinə görə verə biləcəyi qərarlar və oyun zamanı verdiyi qərarlar önəmli olur. Bu, təcrübə ilə gəlir. Ona görə də Barışın bu il burada olması çox vacibdir".

Məryəm İlhamqızı