Sabiq nazir qəfil vəfat etdi
    • Bu gün, 17:09
    • 154

Sabiq nazir qəfil vəfat etdi

Rusiyanın Kama Vilayətinin Keçmiş Təbii Sərvətlər Naziri Konstantin Çeremuşkin Vəfat Edib.

News24.az "lenta.ru"ya istinadən xəbər verir ki,  Çeremuşkin Yekaterinburqda bir barın yanında ölüb.

Rusiyanın Kama vilayətinin keçmiş təbii sərvətlər naziri Konstantin Çeremuşkinin qəfil vəfatı ölkə mediasında geniş əks-səda doğurub. 

Hadisə zamanı eks-nazir oğulları ilə birlikdə müəssisədə dincəlirmiş. Çeremuşkinin özünü pis hiss etməsi nəticəsində bayıra çıxaraq skamyada oturduğu və orada vəfat etdiyi bildirilir. 

Qərbi Ural Rostexnadzor da Çeremuşkinin ölümünü təsdiqləyib.

Mərhum Çeremuşkin 2017-ci ildən etibarən Qərbi Ural Rostexnadzor təşkilatına rəhbərlik edirdi.

Aqil Qarayev