Ən böyük meşə yanğını - FOTO
    • Bu gün, 16:08
    • 61

Ən böyük meşə yanğını - FOTO

ABŞ-ın Kaliforniya ştatında ən böyük meşə yanğını baş verib. Yanğın 145 min 172 dekar ərazini əhatə edib. Alovla mübarizə davam edir.

News24.az xəbər verir ki, ABŞ meşə yanğınları ilə mübarizə aparır. Çərşənbə günü Kaliforniyanın şimalındakı Butte qraflığında baş verən "Park" yanğını sürətlə böyüyüb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (CAL FIRE) verdiyi açıqlamaya görə, yanğın ilk 12 saatda 4 min dekardan çox əraziyə yayılıb və indiyə qədər 145 min 172 dekar ərazini külə çevirib. Butte və Tehama qraflığında ən azı 4 min insan evlərindən təxliyə edilib.

Bildirilib ki, yanğınsöndürmə briqadaları yüksək temperatur və sıldırım və engebeli əraziyə görə işlərini çətinliklə davam etdirib. Park yanğını hazırda ştatın ən böyük yanğınıdır.


Günel Məlikzadə