Təyyarə məcburi eniş etdi - ƏTRAFLI
    • Bu gün, 15:20
    • 76

Təyyarə məcburi eniş etdi - ƏTRAFLI

Böyük Britaniyadan İtaliyaya gedən təyyarə, üzərinə çay tökən və ağır yanıq alan oğlana görə başqa ölkədə məcburi eniş edib.

News24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Aydın olub ki, hadisədən sonra təyyarənin pilotları təyyarəni Almaniyanın Memmingen şəhərinə endirmək qərarına gəliblər. Orada doqquz yaşlı uşaq xəstəxanaya aparılıb, həkimlər onun 3-cü dərəcəli yanıq xəsarəti aldığını bildiriblər.

Polisin məlumatına görə, hadisə oğlanın günahı olub.

Məryəm İlhamqızı