"WhatsApp" istifadəçilərinin sayı açıqlandı
    • Bu gün, 15:25
    • 59

"WhatsApp" istifadəçilərinin sayı açıqlandı

Meta ABŞ-da ilk dəfə olaraq aylıq WhatsApp istifadəçilərinin sayını açıqlayıb.

News24.az xəbər verir ki, Meta-nın baş direktoru Mark Zukerberq elan edibki, tətbiqin ABŞ-da hazırda 100 milyon aylıq aktiv istifadəçisi var.

Son bir neçə il ərzində güclü artım müşahidə edən WhatsApp hələ də Apple-ın iMessage-i geridə qoymayıb.

WhatsApp sözçüsü Ashely O'Reily bildirib ki, Meta 10 il əvvəl mesajlaşma proqramını əldə etdikdən sonra ilk dəfə istifadəçilər haqqında məlumatları açıqlayır.

Qeyd edək ki, WhatsApp-ın beynəlxalq miqyasda 2 milyarddan çox istifadəçisi var.

Günel Məlikzadə