Toyuqların yeni xüsusiyyəti kəşf edildi
    • Bu gün, 20:35
    • 99

Toyuqların yeni xüsusiyyəti kəşf edildi

Fransanın Tur Universitetinin alimləri toyuqların şoka düşdükləri və ya həyəcanverici vəziyyətlə qarşılaşdıqları zaman qızardığını aşkar ediblər.

News24.az KONKRET.az-a istinadla xəbər verir ki, alimlər şəxsi təsərrüfatlarda iki qrup toyuq müşahidə ediblər.

“Plos One” jurnalında dərc olunan araşdırmaya görə, elm adamları qorxulu vəziyyət və ya həyəcan hissi ilə qarşılaşdıqda toyuqların üzlərinin qızardığını aşkar ediblər.

Toyuqlar rahat olduqları zaman tükləri tökülür və bu, onların özlərini yaxşı hiss etdiklərinə işarədir.

Araşdırmalara görə, toyuqların bu vəziyyətləri onların əhval-ruhiyyəsini üzə çıxarıb. Bu vəziyyətdən yaxın günlərdən heyvandarlıqda funksional olaraq istifadə oluna biləcəyi bildirilib.