Beynəlxalq terrorçu MDB ölkəsində terror aktı hazırlayırmış
    • Bu gün, 11:24
    • 102

Beynəlxalq terrorçu MDB ölkəsində terror aktı hazırlayırmış

Qırğızıstanın xüsusi xidmət orqanları MDB ölkələrindən birində terror aktı hazırlayan beynəlxalq terror təşkilatının üzvünü həbs edib.

News24.az "unikal"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən antiterror tədbirləri çərçivəsində Beynəlxalq Terror Təşkilatının (BTX) üzvü, Qırğızıstan Respublikasının vətəndaşı, MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən N.R. tutularaq istintaqa təhvil verilib", - məlumatda deyilir. 

Qırğızıstanın xüsusi xidmət orqanları həbs edilən şəxsin bütün hərəkətlərinin "Telegram" messencerində gizlədilən hesablar vasitəsilə terror təşkilatlarından birinin təşkilatçıları tərəfindən əlaqələndirildiyini müəyyən edib.