-
- 29-07-2024, 08:50
- 321
Prezident seçkilərində Nikolas Maduro qalib gəldi
Venesuela Milli Seçki Şurasının (CNE) sədri Elvis Amoroso seçki qutularının 80%-nin açıldığını bildirərək, 10 namizədin mübarizə apardığı prezident seçkilərində Böyük Vətənpərvər Qütbün (Gran Polo Patriotico) namizədi Maduronun qalib gəldiyini açıqlayıb.
News24.az xəbər verir ki, ilk nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gələcəyinə zəmanət verib.
Qeyd edək ki, müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales 44,20 faizlə ikinci yerdədir.
Seçki qutusunda iştirak nisbətinin 59 faiz olduğu bildirilib.
Bildirək ki, seçkidə qalib gələn namizəd 2025-ci il yanvarın 10-da ölkənin yeni prezidenti kimi and içəcək.
Günel Məlikzadə