-
- 29-07-2024, 10:19
- 191
Çili seçki nəticələrini TANIMADI
Çili hələlik Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini tanımaqdan çəkinəcək.
News24.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Alberto van Klaveren X platformasındakı hesabında yazıb.
O bildirib ki, Santyaqo bu yaxınlarda keçirilən səsvermə ilə bağlı beynəlxalq müşahidəçilərin qənaətlərini gözləmək niyyətindədir. Həmçinin, respublika hakimiyyəti Venesuelada müxalifətin nəzərdən keçirməli olduğu bütün aktların yoxlanılmasının gedişatına nəzarət edəcək.
“Biz yoxlanılmamış nəticələri tanımaqdan çəkinəcəyik”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Xatırladaq ki, Venesuelada növbəti prezident seçkiləri iyulun 28-də keçirilib. Ölkənin ən yüksək hökumət postu uğrunda 10 nəfər mübarizə aparıb. Hazırkı dövlət başçısı Nikolas Maduro və sağ partiyaların namizədi Edmundo Qonzales əsas namizəd hesab edilib.
Məryəm İlhamqızı