-
- 10-06-2024, 17:49
- 199
Maduro müxalifəti sui-qəsddə ittiham etdi
Venesuela prezidenti Maduro Zulia əyalətinin Maracaibo şəhərində seçki kampaniyası aparan müxalifətin ona hücum etmək üçün sui-qəsdlər etdiyini iddia edib.
News24.az xəbər verir ki, tərəfdarları ilə bir araya gələn Maduro, "Onların bir qrup sui-qəsdçiləri, ifrat sağçıları var... Onlar məni axtarırlar və bizə zərər vermək istəyirlər" deyib.
Maduro, sui-qəsd planlarının arxasında duranların müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Xulio Borxes olduğunu iddia edib.
Kampaniya tədbirlərinin tarixini və vaxtını təhlükəsizlik realisti ilə paylaşmadıqlarını vurğulayan Maduro, “Getdiyim və ziyarət etdiyim hər yer sürpriz olmalıdır, təhlükəsizlik qüvvələri həmişə olduğu kimi öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirir. Mən Allahın əlindəyəm, yer üzündəki vəzifələrimi yerinə yetirmək üçün hədəflərimə doğru gedirəm” deyə əlavə edib.
Qeyd edək ki, Maduro hökumətinə qarşı sui-qəsddə ittiham olunan və onlara qarşı həbs qərarı olan müxalifətin tanınmış liderlərindən Lopez, Ledezma və Borxes hazırda xaricdə yaşayırlar.
Bildirək ki, Venesuelada insanlar iyulun 28-də keçiriləcək prezident seçkiləri üçün səsverməyə gedəcək.
Günel Məlikzadə