Qəzzanın 86 %-i evakuasiya əmri altındadır
    • Bu gün, 16:07
    • 51

Qəzzanın 86 %-i evakuasiya əmri altındadır

BMT-nin Fələstin Agentliyinin (UNRWA) komissarı General Philippe Lazzarini, işğal altındakı Qəzzada humanitar vəziyyətlə bağlı verdiyi açıqlamada, “Hazırda Qəzzada olan ərazilərin təkcə 14%-də təxliyə əmri verilmir. Qalan ərazilərdə isə İsrail hakimiyyəti hər gün bu əmrləri verir, insanları qaçmağa məcbur edir, xaos və panika yaradır".

News24.az xəbər verir ki, Lazzarini, hər gün verilən evakuasiya əmrləri səbəbiylə tez-tez evlərindən didərgin düşən fələstinlilərin bir neçə saat ərzində əşyalarını yığıb bölgəni tərk etdiklərini ifadə edərək, fələstinlilərin ümumiyyətlə təhlükəsiz deyilən bölgələrə piyada getdiyinə diqqət çəkib.


Günel Məlikzadə