Qalatada yanğın: Küçələri tüstü bürüdü
    • 29-07-2024, 22:40
    • 178

Qalatada yanğın: Küçələri tüstü bürüdü

İstanbulda 4 mərtəbəli otelin damında naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın səbəbindən güclü tüstü yayılıb və oteldə qalanlar öz imkanları ilə binadan çıxıblar.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə yanğınsöndürmə, polis və sağlamlıq qrupları sövq edilib.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb və otelin dam örtüyünə ziyan dəyib.

Qeyd edək ki, yanğına generatorun səbəb olduğu bildirilib.

Günel Məlikzadə