Galatasaray-da ayrılıq: Zaniolo icarəyə verildi
    • 5-07-2024, 22:30
    • 203

Galatasaray-da ayrılıq: Zaniolo icarəyə verildi

"Qalatasaray"da gözlənilən ayrılıq baş verib.

News24.az xəbər verir ki, sarı-qırmızılıların italiyalı futbolçusu ölkəsinə icarəyə verilib.

Zaniolo gələn il A Seriyasının komandalarından olan "Atalanta"da çıxış edəcək.

"Qalatasaray" gənc futbolçunun şərti məcburi alış opsiyonu ilə "Atalanta"ya icarəyə verildiyini açıqlayıb.

Klubdan verilən açıqlamada, “Müqaviləyə əsasən, Atalanta Bergamasca Calcio S.R.L şirkətimizə 6 milyon 400 min avro müvəqqəti transfer haqqı ödəyəcək. Alış variantı reallaşarsa, son transfer haqqı 15.500.000 avro təşkil edir. Bundan əlavə, müqaviləyə maksimum 2.000.000 avro məbləğində şərti bonus da daxildir” deyilib.

Qeyd edək ki, ötən mövsümü İngiltərə Premyer Liqa komandalarından olan Aston Villada başa vuran 25 yaşlı hücumçu bütün yarışlarda 39 matçda 3 qol vurub.

Günel Məlikzadə