Hidayət Azərbaycana bu tarixdə GƏLƏCƏK
    • Bu gün, 15:22
    • 200

Hidayət Azərbaycana bu tarixdə GƏLƏCƏK

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərovun Azərbaycana qayıdacağı tarix bəlli olub.

News24.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Olimpiya çempionu avqustun 3-ü və ya 4-ü ölkəmizə gələcək: “Amma tarix dəyişə də bilər”.

Həmçinin onun bu gün qayıtdığına dair sosial şəbəkələrdə yayılan videonun köhnə olduğu qeyd olunub.