Mikroavtobuslardan oğurluq edən şübhəli TUTULDU
    • Bu gün, 17:11
    • 51

Mikroavtobuslardan oğurluq edən şübhəli TUTULDU

Türkiyənin Denizli şəhərində oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, son bir ayda Yunusemre, Hacıkaplar və Değirmenönü məhəllələrində şəhər sərnişinlərini daşıyan 5 mikroavtobusda oğurluq hadisəsi baş verib. Avto Oğurluq Büro Komandirliyi qrupları şüşələri sındıran və ya zorla açan, mikroavtobuslara girərək pul oğurlayan şəxsi tutmaq üçün işə başlayıb. Hadisələrin baş verdiyi ərazilərdəki təhlükəsizlik kamerası örüntülərini araşdıran polis şübhəlinin Hasan Göç olduğunu müəyyən edib.

Göçün sonuncu dəfə iki gün əvvəl iki saat fərqlə iki ayrı mikroavtobusdan oğurluq etdiyi müəyyən edilib. Hasan Göçün mikroavtobusun şüşəsini sındıraraq pul oğurladığı anlar avtomobilin kamerasına düşüb. 5 müxtəlif mikroavtobusdan cəmi 8 min lirə oğurladığı məlum olan Hasan Göç ötən gün gizləndiyi tikilməkdə olan binada yaxalanıb.

Daha 4 cinayət üzrə həbs qərarı olan və 18 il həbs cəzası ilə axtarışda olan Hasan Göç polis idarəsindəki əməliyyatlardan sonra göndərildiyi məhkəmə tərəfindən həbs edilib.


Məryəm İlhamqızı