Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
    • Bu gün, 17:44
    • 97

Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb

Paris-2024 Yay Olimpiya Oyunları ispaniyalı cüdoçu Laurita Martines-Aelendanın həyatında unudulmaz iz qoyub.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, pireneyli olimpiyaçı Fransa paytaxtında evlilik təklifi alıb.

Bu, Eyfel qülləsinin önündə baş verib. İdmançı cavabını sosial şəbəkələrdə paylaşıb: “Həəəəəəə”.

İdmançı Paris-2024-də 48 kq çəkidə çıxış edib. Öncə yarımfinalda, ardınca bürünc medal uğrunda qarşılaşmada uduzan ispaniyalı 5-ci yerlə kifayətlənib. Laurita mükafatı əldən versə də, şəxsi həyatında baş verən dəyişikliyə görə Fransadan xoşbəxt qayıda biləcək.

Qeyd edək ki, ispan cüdoçu ötən il Monpelyedə keçirilən Avropa çempionatının bürünc mükafatçısıdır.