Köçəryanın qudası öldü
    • Bu gün, 18:05
    • 41

Köçəryanın qudası öldü

Ermənistanın eks-prezidenti Robert Köçəryanın qudası, Milli Assambleyanın keçmiş deputatı Vladimir Badalyan 76 yaşında vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, eks-deputat uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Vladimir Badalyan 1948-ci ildə Spitakda anadan olub. 1995-ci ildə Ermənistan parlamentinin deputatı seçilib. O, Ermənistan Milli Assambleyasının maliyyə-kredit, büdcə və iqtisadi məsələlər daimi komissiyasının, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının üzvü olub.