-
- 31-05-2019, 11:57
- 1 067
Bakıda saxta DTX rəisi həbs edildi – FOTO
Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli vəzifəli şəxsi kimi təqdim etdiyinə görə həbs edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, barəsində Cinayət Məcəlləsinin 310-cu, yəni vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddəsi ilə cinayət işi açılmış və bu maddə əsasında ittiham edilərək məhkum edilmiş Alıyev Eldəniz Kamil oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və haqqında verilmiş hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Gülzar rzayevanın sədrliyi ilə baxılacaq.
Məlumata görə, Eldəniz Alıyev ümumilikdə 8 nəəfərə özünü DTX rəisi kimi təqdim edib və həmin şəxslər zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, E.Alıyev keçən ilin fevralında tutulub. Belə ki, Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.
Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.