Netanyahu: İsraili çətin günlər gözləyir
    • 1-08-2024, 09:38
    • 278

Netanyahu: İsraili çətin günlər gözləyir

Baş nazir Netanyahu İsrailin paytaxtı Tel-Əvivdəki Kirya Hərbi Bazasında keçirilən kabinet iclasından sonra mətbuata açıqlama verib.

News24.az xəbər verir ki, “Hər ssenariyə hazır olduqlarını” iddia edən Netanyahu, Qəzzaya hücumların dayandırılması üçün daxildən və xaricdən təzyiq altında olduqlarını, lakin hücumları davam etdirəcəklərini qeyd edib.

İsraili qarşıda çətin günlərin gözlədiyini ifadə edən Netanyahu, ölkəsinin “İran və onun oxuna qarşı ekzistensial müharibədə” olduğunu deyib.

Qeyd edək ki, Netanyahu çıxışında İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı heç bir qiymətləndirmə aparmayıb.


Məryəm İlhamqızı