New York Times: Xamneyi İsrailə birbaşa hücum əmri verdi
    • 1-08-2024, 21:30
    • 2 531

New York Times: Xamneyi İsrailə birbaşa hücum əmri verdi

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginlik artıb.

News24.az xəbər verir ki, ABŞ-ın “New York Times” qəzetinin ikisi İnqilab Keşikçiləri də daxil olmaqla 3 İran rəsmisinə əsaslanaraq dərc etdiyi xəbərdə İranın dini lideri Ayətullah Əli Xameneinin İsraili birbaşa vurmaq əmrini verdiyi iddia edilib.

Xamneyi bu əmri çərşənbə günü səhər İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında, İran Haniyənin öldürüldüyünü elan etməsindən az sonra verib.

Qeyd edək ki, İran və Həmas sui-qəsddə İsraili günahlandırıb. Qəzza zolağında HƏMAS-la müharibə edən İsrail İranın yeni prezidentinin andiçmə mərasimi üçün Tehrana gələn Haniyənin öldürülməsini nə qəbul edib, nə də təkzib edib.

Günel Məlikzadə