11 yaşlı Rəvanın acı sonu
    • 1-08-2024, 23:00
    • 289

11 yaşlı Rəvanın acı sonu

Kayseridə boynuna yelləncək ip dolanan qız həyatını itirib.

News24.az xəbər verir ki, Suriya əsilli Rəvan El Cəmili (11) evin qarşısındakı yelləncəkdə yellənərkən yelləncək ipi naməlum səbəbdən boğazına dolanıb.

Vəziyyəti görən ailəsi Rəvan El Cəmilinin boğazındakı ipi açıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və həkim briqadası göndərilib.

Xəstəxanaya aparılan El Cəmili müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Kayseri Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində El Cəmilinin anası, atası və bibisinin ifadələri alınıb.

3 nəfər ifadələrinin ardından sərbəst buraxılsa da, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə