Kenan Yıldıza "10 nömrə" NİYƏ VERİLMƏDİ?
    • Bu gün, 11:41
    • 60

Kenan Yıldıza "10 nömrə" NİYƏ VERİLMƏDİ?

Daha əvvəl Platini, Baggio, Del Piero və Tevezin geyindiyi 10 nömrəli formanın Kənan Yıldıza verilməməsinin səbəbi məlum olub.

News24.az xəbər verir ki, Tiaqo Mottanın layihəsini Kənan Yıldız ətrafında qurmağa qərar verən İtaliya komandası bəzi çətinliklərlə üzləşib.

İlk olaraq Kənan Yıldızın 2027-ci il iyunun 30-da başa çatacaq müqaviləsini 2029-cu ilə qədər uzatmaq istəyən "Yuventus" futbolçuya illik 1 milyon 200 min avro təklif etsə də, qəbul edilməyib.

Hazırda illik 300 min avro maaş alan Kənan maaşını 4 dəfə artıracaq bu təklifi qəbul etməyib. Müqavilənin uzadılması mümkün olmadığından 10 nömrənin də statusu dayandırılıb.

Qeyd edək ki, Kənan Yıldız yeni müqavilə imzalasa, 10 nömrəli mövqeyi tutacaq.


Məryəm İlhamqızı