-
- 31-05-2019, 18:55
- 791
Polşa Prezidenti: "Azərbaycanla əməkdaşlığı genişləndirmək fikrindəyik"
"Biz bu gün enerji sektoru haqqında danışdıq. Biz həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu".
News24.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda mayın 31-də Bakıda sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti Ilham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.
O qeyd edib ki, bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir: "Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq".