-
- 26-06-2024, 22:30
- 3 981
"Qalatasaray"ın ulduzu İtaliyaya gedir
Ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirən və "Qalatasaray"a qayıdan Nikolo Zaniolonun gələcəyi bəlli olub.
News24.az xəbər verir ki, sarı-qırmızılı komandanın Futbol Direktoru Cenk Ergün karyerasını İtaliyada davam etdirmək istəyən 24 yaşlı futbolçunun təxminən 48 saatdır İtaliyada çalışdığını qeyd edib.
Zanyolonu transfer etmək üçün mübarizə aparan "Fiorentina" və "Atalanta"nın təklifləri açıqlanıb.
"La Gazetta dello Sport"un xəbərinə görə, "Fiorentina"nın "Qalatasaray"a 22-23 milyon avro ödəməyə razı olduğu, "Atalanta"nın isə 20 milyon avroluq təklif etdiyi iddia edilib.
Nicolo Zaniolo Çempionlar Liqası faktoru və təcrübəli məşqçi Gian Piero Gasperini ilə işləmək istəyinə görə Berqamo komandasına, yəni Atalantaya üstünlük verdiyi bildirilib.
Cenk Ergünün bu gün İtaliyadan ayrılacağı və transferin böyük ölçüdə formalaşacağı da bildirilib.
Günel Məlikzadə