Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər - FOTO - VİDEO
    • 31-05-2019, 19:15
    • 813

Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər - FOTO - VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.