Bakıda restoranda yanğın OLDU
    • Bu gün, 10:53
    • 45

Bakıda restoranda yanğın OLDU


Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.