"Kalmar oyunu" ilə bağlı yeni xəbər
    • Bu gün, 13:03
    • 66

"Kalmar oyunu" ilə bağlı yeni xəbər


Cənubi Koreyanın "Kalmar oyunu" serialının ikinci sezonu dekabrın 26-da "Netflix"də yayımlanacaq.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə striminq xidməti "YouTube" kanalında yayımlanan yeni videoda məlumat verib.

Qeyd edək ki, daha əvvəl ilk mövsümün baş rol ifaçısı Li Con Сe premyeranın dekabrda baş tutacağını demişdi.

Birdəqiqəlik tizerdə yeni ölümcül yarışların iştirakçılarını və onların təşkilatçılarını görmək olar. Tizerdə ikinci sezonun premyera tarixi açıqlanır, həmçinin üçüncü və 2025-ci ildə buraxılacaq final mövsümü elan edilir.

Həmçinin şounun rejissoru, ssenaristi və icraçı prodüseri Hvan Don Hyok qarşıdan gələn epizodların süjeti haqqında təfərrüatı paylaşıb. Beləliklə, birinci sezonun baş qəhrəmanı Son Ki Hun və ya 456-cı nömrə (Li Con Ce) çoxlu dostunu itirdiyi qanlı oyunların təşkilatçılarından qisas almaq niyyətindədir.

"İkinci mövsümün çəkilişlərinə başladığımız ilk günü xatırlayıram, "İnana bilmirəm, "Kalmar oyunu" dünyasına qayıtdım!" - deyə düşündüm. Bu, demək olar ki, sürrealistik görünürdü. Maraqlıdır, sizin üçün üç ildən sonra "Kalmar oyunu"na qayıtmaq necədir?" - deyə layihənin rejissoru və ssenari müəllifi pərəstişkarlarına yazdığı məktubda bildirib.