Haniyənin qətlinə dair daha bir ŞOK VERSİYA
    • Bu gün, 11:13
    • 64

Haniyənin qətlinə dair daha bir ŞOK VERSİYA


"İran HƏMAS liderinin yaxın məsafədən öldürüldüyünü bildirib"

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə BBC-də dərc edilən məqalədə qeyd edilib.

Xəbərə görə, SEPAH-dan bildirilib ki, HƏMAS-ın siyasi lideri İsmail Haniyə Tehrandakı qonaq evinin qarşısından atılan “qısa mənzilli mərmi” ilə öldürülüb.

SEPAH İsraili ABŞ-ın dəstəklədiyi əməliyyatı hazırlamaqda və həyata keçirməkdə ittiham edib.

Lakin, İsrail rəsmi olaraq hələ də Haniyənin ölümü ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, SEPAH mediasının xəbəri qərb mediasında israilli əməliyyatçılar tərəfindən qonaq evinə partlayıcı yerləşdirdiyinə dair xəbərlərlə ziddiyyət təşkil edir.

SEPAH mərminin təxminən 7 kq (16 funt) ağırlığında olduğunu və "güclü partlayışa səbəb olduğunu və ötən çərşənbə günü Haniyəni və onun mühafizəçisini öldürdüyünü bildirib.

HƏMAS lideri İranın paytaxtına prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün səfər etmişdi.

"New York Times" qəzetinin şənbə günü verdiyi məlumata görə isə, Haniyənin ölümündən sonrakı günlərdə onlarla SEPAH zabiti həbs edilib və ya işdən çıxarılıb.