Türkiyənin məşhur aktrisası Bakıda tamaşa göstərəcək!
    • Bu gün, 11:54
    • 57

Türkiyənin məşhur aktrisası Bakıda tamaşa göstərəcək!

Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlir.

Sənətçi “Caspian Media Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyilə “Sherley Valentine” tamaşası ilə sevənlərinin qarşısına çıxacaq.

Onun ikipərdəli mono tamaşası olan “Sherley Valentine” teatrsevərlərə unudulmaz anlar yaşadacaq.

Gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şirley Valentaynın hekayəsi...

Bu, özünü yenidən kəşf edən və həyatının cilovunu yenidən ələ alan bir qadının heyranedici hekayəsidir. Çoxsaylı teatr mükafatları laureatı olan Yavrucuk həm də Şirlinin rejissorudur və tamaşadakı bütün obrazları tək canlandırır.

Tədbir 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutacaq. Hər iki gecəyə biletlər 30 manatdan başlayır.

Qeyd edək ki, S.Yavrucuk Azərbaycanda “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. O, bundan başqa “Fatmagülün suçu ne?”, “Şahane hayatım”, “Evlilik hakkında her şey” kimi reytinqli layihələrdə də unudulmaz obrazlar canlandırıb.