Bakıda satıcını və müştərini oyuncaq tapança ilə hədələyən şəxs saxlanılıb
    • 1-06-2019, 13:31
    • 835

Bakıda satıcını və müştərini oyuncaq tapança ilə hədələyən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları vətəndaşları hədələmləkdə şübhəli bilinən R.Rəsulovu saxlayıblar.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazada baş verib.

Naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.

Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb.