Qalatasaray-ın ən bahalı transferi
    • Bu gün, 13:32
    • 93

Qalatasaray-ın ən bahalı transferi

Qabriel Saranın "Qalatasaray"a transferi ilə klub tarixində heyətə qatılan əcnəbi futbolçuların sayı 204-ə yüksəlib.

News24.az xəbər verir ki, Sara “Qalatasaray” tarixində ən çox transfer haqqı ödənilən futbolçu olub.

Sarı-qırmızılı klub 25 yaşlı yarımmüdafiəçini 18 milyon avroya İngiltərə çempionatının komandalarından olan Norviç Sitidən heyətinə qatıb.

Qeyd edək ki, Sara 2000-2001 mövsümündə 17 milyon avroya transfer edilən Mario Jardeli keçərək klub tarixində transfer rekordunu qırıb.

Günel Məlikzadə