Yunanıstan iştirakçısı yarışdan KƏNARLAŞDIRILDI
    • 6-08-2024, 19:00
    • 374

Yunanıstan iştirakçısı yarışdan KƏNARLAŞDIRILDI

Yunanıstan Milli Olimpiya Komitəsi(MOK) bəyan edib ki, ona Paris Olimpiya komandasının üzvlərindən birinin dopinq testinin müsbət çıxması barədə məlumat verilib. 

News24.az xəbər verir ki, Yunanıstanın Milli Antidopinq Agentliyindən verilən məlumata görə, bu şəxsə dərhal müvəqqəti qadağa qoyulub və buna görə də MOK onun Olimpiya kəndindən çıxarılmasını xahiş edib.

Qeyd edək ki, daha əvvəl dirəklə tullanmada yarışan 27 yaşlı yunan idmançı Eleni-Klaudiya Polakın nümunəsində dopinq izləri aşkar edilib. Lakin maddənin konsentrasiyası normal həddə olub və idmançıya Olimpiya Oyunlarında iştiraka icazə verilib. 

Məryəm İlhamqızı