-
- 7-08-2024, 12:41
- 1 056
Netanyahu "qələbə yaxındır" deyir, amma.. - TƏHLİL
Amerika mediası CNN yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu “qələbə yaxındır” desə də, Qəzza müharibəsi ilə bağlı məlumatlar bunun əksini göstərir.
News24.az CNN-ə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən beyin mərkəzləri American Enterprise Institute və War Studies Institute tərəfindən aparılan araşdırmada əldə edilən məlumatlar bunun belə olmadığını ortaya qoyur.
HƏMAS-ın iyul ayına qədərki fəaliyyətini əhatə edən araşdırma göstərir ki, qruplaşma bu sahədə azalan resurslardan səmərəli istifadə edib.
Yeni təhlilə əsasən, bir neçə bölmə İsrail ordusunun intensiv bombardmanlarla təmizlədiyi əsas ərazilərə qayıdıb və sıralarını artırmaq üçün çıxılmaz səy göstərərək batalyonlarının qalıqlarını azad edib.
Qeyd edək ki, CNN-in hesabatında yer alan məhkəmə-tibbi ekspertiza HƏMAS bölmələrinin statusunu müəyyən etmək üçün ABŞ-ın hərbi məlumatlarından istifadə edir.
Bu məlumatlar İsrail ordusunun açıqladığı məlumatlardan fərqlidir.
İsrail ordusunun məlumatına görə, HƏMAS-ın silahlı qanadı olan Ezzeddin Qassam Briqadalarının Qəzza zolağında ümumilikdə 24 batalyonu var. Araşdırmada bildirilir ki, iyulun 1-nə bu batalyonlardan yalnız üçü “zərərsizləşdirilib”. Qalan 21 batalyondan 13 batalyonun geniş təsir göstərməyəcək nizamsız hücumlar təşkil etmək gücünə malik olduğu, digər 8 batalyonun isə İsrail əsgərləri ilə tam gücü ilə qarşıdurma gücünü qoruduğu vurğulanır.
İstintaq xüsusilə Qəzzanın şimalında və mərkəzində HƏMAS batalyonlarına yönəlib. Bildirilib ki, buradakı 16 batalyondan 7-si son 6 ayda ən azı bir dəfə əvvəlki gücünü bərpa edə bilib. Güclərini bərpa etmiş bütün batalyonlar Qəzzanın şimalında yerləşdirilib.
Eyni zamanda, Amerikalı hərbi ekspertlər deyirlər ki, İsrailin ağır bombardmanlarla müharibəni davam etdirməsi və müharibədən sonrakı planın olmaması HƏMAS-ın canlanmasına kömək edib.
ABŞ ordusunun istefada olan polkovniki Piter Mansur “Həmas batalyonları böyük ölçüdə məhv edilsəydi, İsrail qüvvələri müharibəni davam etdirməzdi” şərhini verib.
Onu da bildirək ki, şəxsiyyətinin açıqlanmamasını istəyən İsrail ordusundan yüksək rütbəli hərbçi, müharibənin "əbədi davam edə bilməyəcəyini" ifadə edərək, "Həmas hara başını çıxarsa oraya girəcəyik. Bu stolüstü tennis oyunu sonsuza qədər davam edə bilərmi? Xeyr. Bu, beynəlxalq ictimaiyyətə də aiddir” deyib.
Günel Məlikzadə