Almaniyadan vətəndaşlarına xəbərdarlıq
    • 7-08-2024, 17:09
    • 250

Almaniyadan vətəndaşlarına xəbərdarlıq

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik artmaqda davam edir.

News24.az xəbər verir ki, ölkələr dəfələrlə Livan və İsrailə uçuşları dayandırmaq qərarına gəliblər.

Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Livandan mümkün təxliyə əməliyyatı ilə bağlı şayiələr oradakı Alman vətəndaşları üçün saxta təhlükəsizlik hissi yaradıb.

Almaniya hökuməti öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

"İndi Livanı tərk etməyin vaxtıdır" deyən Xarici İşlər Nazirliyinin sözçüsü vətəndaşları uçuşlar üçün yüksək qiymətlər ödəmək olsa belə, Türkiyə üzərindən səyahət etməyə və ya öz çıxışlarını təşkil etməyə çağırıb.

Günel Məlikzadə