Övladlığa götürdüyü övladına işgəncə verdi - ayağına zəncir vurub...
    • Bu gün, 19:37
    • 58

Övladlığa götürdüyü övladına işgəncə verdi - ayağına zəncir vurub...

Krasnodar vilayəti Ust-Labinskdə rayon məhkəməsi yerli sakini "İşgəncə" və "Qanunsuz həbs" cinayətlərində təqsirli bilib. 

News24.az xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

İş materiallarına görə, 2017-ci ildən müttəhimin ailəsində əqli qüsurlu oğlan yaşayıb. Məlum olub ki, övladlığa götürdüyü oğlunun davranışından əsəbiləşən şəxs mütəmadi olaraq ona fiziki və mənəvi təzyiqlər edib. Belə ki, müttəhim onun ayağına zəncir vuraraq radiatora bağlayıb.

Məhkəmə iclasında kişi təqsirini boynuna almayıb. 

O, ümumi rejimli koloniyada olmaqla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məryəm İlhamqızı